ELM | Qara dəliklər ulduzları “qovur“

ELM | Qara dəliklər ulduzları “qovur“
  07 Avqust 2013    Oxunub:1426
Astronomlar bizim Qalaktikadan çıxaraq, saniyədə 800 kilometr sürətlə qalaktikalararası fəzaya doğru hərəkət edən daha bir ulduz qeydə alıblar. Daha dəqiqi, bu, iki ulduzdan ibarət sistemdir.
Hipersürətli ulduzlar ilk dəfə 2000-ci illərin əvvəllərində qeydə alınmağa başlamışdı. Onlar 500 km/saniyə sürətlə Qalaktikadan kənara hərəkət edirdilər. Belə böyük sürət imkan verirdi ki, ulduz qalaktikanın cazibə sahəsindən çıxa bilsin. 2007-ci ildə astronom Uorren Barri hətta 850 kim/saniyə sürətlə hərəkət edən ulduz qeydə almışdı.

Bəs ulduzlara bu qədər sürəti verən hansı qüvvədir? Astronomların fikrincə, bu, qara dəliklərdir. Demək, hipersürətli ulduzları öyrənməklə qara dəliklər haqqında bildiklərimizi də artıra bilərik.

Amma sonuncu tapılan ulduzu sürətləndirən qara dəlik olmayıb. Çünki bu ulduz o birilərindən fərqli olaraq, qalaktikanın mərkəzindən gəlmir. Bu halda onun necə bu sürəti toplaması astronomlar üçün sirr olaraq qalır.

AzVision.az


Teqlər:





Xəbər lenti